Salyanda intihar hadisəsi baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, 26 yaşlı Salyan sakini özünü asıb. Belə ki, Salyan rayonunun Qaraçala kənd sakini 1990-cı il təvəllüdlü Babayeva Ruhəngiz Malik qızı özünü asaraq həyatına qəsd edib. Yaxınları qadının meyitini yardımçı tikilidə asılmış vəziyyətdə aşkar ediblər.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, 25 yaşlı qadının 3 yaşlı oğlu var.
Modern.az