Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni saytı (dtx.gov.az) yaradılıb. Modern.az saytı xəbər verir ki, yeni saytda dövlət xidmətinin strukturu, Azərbaycanın xüsusi xidmət orqanlarının tarixi haqqında ətraflı məlumatlar yerləşdirilib.
DTX-nin yeni saytında qurumun “qaynar xətt”i haqqında da məlumat verilib, onun nömrəsi yerləşdirilib - 192.
Saytda Dövlət Təhlükəsizliyi Xidmətinin etimad telefon nömrəsi (+99412) 405 99 99 yerləşdirilib. Bildirlib ki, etimad telefonuna və “qaynar xətt”ə vətəndaşlar (müraciət edənlərin xahişi əsasında onların şəxsiyyətlərinin açıqlanmaması təmin edilir) məlumat verə bilərlər.
Modern.az