Bu gün bəstəkar, Əməkdar Mədəniyyət Xadimi Hikmət Mirməmmədlinin 55 yaşı tamam olur. Modern.az saytı xəbər verir ki, bu münasibətlə mərhumun məzarı ziyarət olunub.
Mərhumun həyat yoldaşı, bəstəkar Nailə Mirməmmədli AzNews.az-a açıqlamasında bildirib ki, H.Mirməmmədlinin yubileyini sənət yoldaşları ilə birlikdə qeyd ediblər: “Hikmətin məzarını ziyarət etdik. Onun mahnılarını oxuyan, sənətinə hörmət edən müğənnilərin əksəriyyəti telefon açıb Hikmətlə olan xatirələrini mənimlə bölüşüb. Sağ olsun Röya da məni tək buraxmadı. Röya onun doğum və anım günündə həmişə mənimlə olub”.
N.Mirməmmədli H.Mirməmmədlini anan hər kəsə təşəkkür edib: “Hikmət indi də mənimlədir. O, xatirələrimə, musiqilərimdə yaşayır. Nə qədər yaşayacamsa, Hikmət də mənimlə olacaq. Onun nakam qalan bütün arzularını həyata keçirməyə çalışacam”.
Xatırladaq ki, sevilən bəstəkarlar Nailə və Hikmət Mirməmmədlilərin ailəsi 2007-ci ildə faciələrlə üzləşib. Əvvəl onların 14 yaşlı oğlu dənizdə boğulub ölüb. Ondan bir az sonra isə bəstəkar “Xan bağı” restoranında keçirilən ad günü mərasimində qəfildən özünü pis hiss edib. O, elə hadisə yerində keçinib.
Modern.az