Modern.az

TQDK-dan rezidentura imtahanı barədə AÇIQLAMA

TQDK-dan rezidentura imtahanı barədə AÇIQLAMA

28 Mart 2016, 16:12

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il aprelin 3-də 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirəcək.

  TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, namizədlər martın 29-dan etibarən öz elektron ərizələrinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqiəsi"ni çap edə bilərlər.  

Məlumat üçün bildiririk ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2016-cı il martın 1-dən 10-dək aparılıb və 1239 nəfər namizəd elektron ərizə doldurub və təsdiq edib.  

Onlardan 853 nəfəri qız, 386 nəfəri isə oğlandır. 1085 namizəd Azərbaycan bölməsinin, 154 namizəd isə rus bölməsinin məzunudur.  

Aytən ZƏHRA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza