Modern.az

Bu gün abituriyentlər üçün ilk sınaq imtahanı keçirilir

Bu gün abituriyentlər üçün ilk sınaq imtahanı keçirilir

Təhsil

3 Aprel 2016, 09:12


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq istəyən abituriyentlər üçün ilk sınaq imtahanları keçirir. Modern.az saytı xəbər verir ki,  imtahanlar 30 şəhər və rayonda təşkil olunub.
TQDK-nın mətbuat xidmətinin məlumatına görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, İmişli, Salyan, Cəlilabad, Quba,  eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında, ümumilikdə 61 binada keçirilir. 

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48 123 abituriyent qeydiyyatdan keçib.

 İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar. 

 Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU