Modern.az

Neftçalada ər avtomobili arxaya sürərkən həyat yoldaşını öldürüb

Neftçalada ər avtomobili arxaya sürərkən həyat yoldaşını öldürüb

Aktual

5 Avqust 2018, 00:16

Neftçala rayonunda avtomobil qadını vuraraq öldürüb. Modern.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Aşağı Qaramanlı kəndində qeydə alınıb.

 

İlkin məlumata görə, kişi avtomobili arxaya sürmək istəyən zaman həyat yoldaşını vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 1957-ci il təvəllüdlü Məmmədova Fizzə Rüstəm qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat olunmağa aparılarkən dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı