Modern.az

Bakıda öz bağında ağac kəsən şəxs CƏZALANDIRILDI

Bakıda öz bağında ağac kəsən şəxs CƏZALANDIRILDI

Aktual

2 İyun 2021, 12:15

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

 

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı qəsəbə ərazisində Gülçiçək Mirzəyevanın istifadəsinə verilmiş torpaq sahəsində tikinti işləri zamanı 2 qovaq ağacının kəsildiyi və təbiətə 2 580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Suraxanı Rayon Prokurorluğuna göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı