Modern.az

Deputatlar şəhid və qazi övladlarını gəzintiyə çıxardılar - FOTOLAR

Deputatlar şəhid və qazi övladlarını gəzintiyə çıxardılar - FOTOLAR

Aktual

2 İyun 2021, 12:46

Milli Məclisin deputatları Ramin Məmmədov və Şahin Seyidzadənin təşəbbüsü ilə Abşeron və Sabirabad rayonlarında yaşayan şəhid və qazi ailələrinin övladları 1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibəti ilə gəzintiyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, 50 saylı Abşeron-Qobustan və 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə deputatlar Vətən müharibəsi şəhidləri və qazilərinin övladları ilə 1 İyun tarixində Bakı şəhərinə səfər keçirib.

 

İlk öncə Fəxri Xiyaban, daha sonra Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət edilib, həmçinin Bakı Kitab Mərkəzində əməkdar artist Bəhram Bağırzadə ilə uşaqların görüşü həyata keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı