Modern.az

Komitə sədri bir qrup rəssamla görüşdü - FOTO

Komitə sədri bir qrup rəssamla görüşdü - FOTO

Актуально

2 İyun 2021, 20:18

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Şəmkirdə yaşayıb-yaradan tanınmış rəssam, dünyanın ən böyük divar miniatür rəsminin müəllifi Fərman Hüseynov və yeni nəsil rəssamlarından Aqşin Mirfeyzullazadə ilə Mədəniyyət Komitəsində görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə incəsənətin rəssamlıq qolu, bu sahədə mövcud durum, uğurlar, həlli vacib problemlər, rəssamların özlərinin yeni yaradıcılıq planları və s. ətrafında fikir mübadiləsi aparılıb. 

 

Q.Paşayeva rəssamların Azərbaycan həqiqətlərinin dünyaya sənətin zərif gücü ilə yayılması yönündə öz töhfələri ilə çıxış edəcəyinə inamını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı