Modern.az

"Barselona"dan Messiyə 10 illik müqavilə təklifi

Aktual

2 İyun 2021, 23:35

"Barselona" Lionel Messiya qarşıdakı 10 il üçün (2021-2031) müqavilə təklif edəcək.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, argentinalı hücumçu "Barcelona" ilə yeni bir müqaviləyə əsasən ildə 35 milyon avro qazanacaq. Bu, mövcud müqaviləyə görə 53 milyon avro azdır. Bəzi mənbələr isə ulduz futbolçuya ildə 60 milyon avro təklif olunduğunu yazır.

 

Razılaşmada 2023-cü ilin yayında Messinin Devid Bekhemin ortaq olduğu ABŞ-ın "İnter Mayami" klubuna keçməsi nəzərdə tutulur.

Bildirilir ki, Messi iki mövsümü ABŞ-da keçirəcək və təqaüdə çıxacaq. Sonra 6 il Kataloniya klubunun səfiri olacaq.

 

Qeyd edək ki, sona çatan mövsümdə 33 yaşlı Messi bütün turnirlərdə "Barselona" ilə 47 oyun keçirib, 38 qol vurub və 14 məhsuldar ötürmə verib.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı