Modern.az

Günay Məmmədzadə Qran-Pri turnirində üçüncü oldu

Günay Məmmədzadə Qran-Pri turnirində üçüncü oldu

Aktual

3 İyun 2021, 01:00

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Pridə uğurla çıxış edib.

 

Modern.az xəbər verir ki, təmsilçimiz 11-ci turda almaniyalı Elizabet Paets ilə heç-heçə edib. Beləliklə, xalların sayını 6,5-ə çatdıran şahmatçımız Qran-Prini 3-cü yerdə başa vurub. Turnirin qalibi 8,5 xalla qazaxıstanlı şahmatçı Jansaya Abdumalik olub. İkinci yeri 7 xalla Ukrayna təmsilçisi Mariya Muzıçuk tutub.

 

Qeyd edək ki, yarışda dünyanın 12 güclü zəka sahibi mübarizə aparıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı