Dövlət başçısının indiki Ermənistan ərazisində olan qədim Azərbaycan yurd yerlərinin əsl adları ilə adlandırılmasına dair çağırışına qoşularaq Bakı Nəqliyyat Agentliyi aksiyaya başlayıb.
Agentlikdən Modern.az-a verilən məlumata görə, məqsəd tarixi saxtalaşdırmaqla erməniləşdirilən Azərbaycan toponimlərini cəmiyyətə tanıtmaqdır. Aksiya çərçivəsində müntəzəm marşrut xətləri üzrə avtobuslarda, eləcə də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki elektron məlumat tablolarında posterlər yayımlanır.
Posterlərdə ötən əsrin müxtəlif illərində erməni saxtakarlığına məruz qalaraq dəyişdirilən ərazilərin (kənd, qəsəbə, şəhər və vilayət) toponimlərinin tarixi adları nümayiş etdirilir.