Modern.az

Yasamalda 5 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Yasamalda 5 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Aktual

28 Yanvar 2022, 08:05

Bakının Yasamal rayonunda beş nəfər dəm qazından zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun müxtəlif ərazilərində qeydə alınıb.

 

Ş.M.Xiyabani küçəsində 1984-cü il təvəllüdlü Səfərova Kamilla Aleksandr qızı, 1977-ci il təvəllüdlü Məmməd Rafiq Elbəyi oğlu, 2001-ci il təvəllüdlü Kazımlı Pərvanə Ceyhun qızı, 2-ci Alatava ərazisində 2001-ci il təvəllüdlü İmanova Rüqəyya Məhərrəm qızı və Mustafa Sübhi küçəsində 2000-ci il təvəllüdlü Alməmmədova Aygün Hafiz qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Hadisələrin təfərrüatı araşdırılır. (Report.az)

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı