Modern.az

Azərbaycanda yoluxma 4000-i KEÇDİ - 17 nəfər öldü

Azərbaycanda yoluxma 4000-i KEÇDİ - 17 nəfər öldü

Aktual

29 Yanvar 2022, 18:34

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4268 yeni yoluxma faktı qeydə alınıb, 1486 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 651 341 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 622 672 nəfər müalicə olunaraq sağalıb, 8 700 nəfər vəfat edib. Hazərda aktiv xəstə sayı 19 969 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 091, ötən müddət ərzində isə ümumilikdə 6 134 952 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı