Modern.az

Britaniya Estoniyaya qoşun göndərir

Britaniya Estoniyaya qoşun göndərir

Aktual

30 Yanvar 2022, 12:28

Britaniya Estoniyaya geniş miqyaslı qoşun və texnika yerləşdirəcəyini bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya Estoniyadakı hərbi kontingentinin sayını iki dəfə artırmaq və Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar müdafiə silahlarının ötürülməsi imkanlarını nəzərdən keçirir.

 

Bu barədə Britaniya Baş nazirinin mətbuat xidməti bildirib.

 

"Baş nazir NATO-nun bütün mümkün yardımını nəzərdən keçirir və müttəfiqlərini qorumaq üçün Böyük Britaniya ordusunu gücləndirməyə çalışır. Böyük Britaniya qoşunlarının sayını iki dəfə artırmağı və Estoniyaya müdafiə silahları göndərməyi nəzərdən keçirir. NATO üzrə müttəfiqə reaktiv təyyarələr, döyüş gəmiləri və hərbi mütəxəssislər göndərilə bilər”, - xəbərdə deyilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı