Modern.az

NATO-nun baş katibindən Ukrayna açıqlaması

NATO-nun baş katibindən Ukrayna açıqlaması

Aktual

30 Yanvar 2022, 15:24

"Rusiyanın Ukraynadakı niyyətləri ilə bağlı qeyri-müəyyənliyimiz var".

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib. 
Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, Kiyev və Moskva arasında hərbi münaqişə olacağı təqdirdə alyans Ukraynaya qoşun yeritməyi planlaşdırmır. Baş katib əlavə edib ki, bunun əvəzinə NATO əsas diqqətini Ukraynaya silah tədarükünə və Rusiya Federasiyasına qarşı sanksiya tədbirlərinin inkişafına yönəldəcək.
Stoltenberq həmçinin Rusiya Federasiyasının Ukraynada təxribatının "riskinin" olduğunu və bunun Moskvanın Kiyev hakimiyyətinə qarşı "fəaliyyətlərinə bəraət qazandıra biləcəyi" fikrini bildirib.


 Onun fikrincə, Rusiya və Qərb regionda gərginliyin dərəcəsini azaltmaq üçün “diplomatik yollardan” istifadə etməlidir. Bu baxımdan NATO-nun baş katibi Böyük Britaniyanın baş naziri Boris Consonun gələn həftə Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları aparmaq istəyi ilə bağlı bəyanatını müsbət qiymətləndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı