Yanvarın 31-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən Modern.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazirlər ikitərəfli əməkdaşlıq münasibətləri üzrə müzakirələr aparıblar.
Tərəflər, eyni zamanda regiondakı cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.