Modern.az

Bu gündən Aİ-92 benzini gömrük rüsumundan azaddır

Bu gündən Aİ-92 benzini gömrük rüsumundan azaddır

Aktual

1 Fevral 2022, 00:11

Azərbaycana gətirilən Aİ-92 markalı benzin bu gündən gömrük rüsumundan azad edilib.

 

Modern.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 29 yanvar tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb.

 

Qərara əsasən, fevralın 1-dən Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin və 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün 15 faiz idxal gömrük rüsumu ləğv olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı