Modern.az

Füzuli Ələkbərova məxsus daha bir şirkət LƏĞV OLUNDU

Füzuli Ələkbərova məxsus daha bir şirkət LƏĞV OLUNDU

Aktual

1 Fevral 2022, 07:58

Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus daha bir şirkət ləğv olunub.

 

Modern.az “Qafqazinfo”ya istinadən bildirir ki, “İMPROTEX MOTORS” MMM “İMPROTEKS” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu və “İMPROTEKS” MMC-nin qoşulma nəticəsində ləğv olunduğunu elan edib.

 

Qeyd edək ki, bundan öncə “Improtex Group” MMC-yə daxil olan “Improtex Trading” MMC də ləğv olunaraq holdinqin digər şirkəti - “Improtex Motors” MMC-yə qoşulduğunu elan etmişdi.

 

Xatırladaq ki, F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı