Modern.az

Yanaşı dayanan yük maşınları YANDI

Yanaşı dayanan yük maşınları YANDI

Aktual

1 Fevral 2022, 10:06

Bakıda "Shacman" yük avtomobili, Ağdamda "VAZ" markalı minik avtomobili yanıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Ağdam rayonunun Eyvazlı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin çardağının yanar konstruksiyaları 30 m² sahədə və tavanı 24 m² sahədə, bitişik talvarın altında dayanan "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb.

 

Evin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bakı şəhərinin Binəqədi rayonunda "Shacman" markalı yük avtomobilinin yanar hissələri, yaxınlıqda dayanan “Mercedes” markalı digər yük avtomobilinin ban hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı