Modern.az

ATƏT-dən Azərbaycana təbrik

ATƏT-dən Azərbaycana təbrik

Aktual

1 Fevral 2022, 12:40

ATƏT-in Baş katibi Helqa Şmid Azərbaycanı təşkilata üzvlüyünün 30 illiyi münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, Helqa Şmid bu barədə “Tviter” hesabında paylaşım edib.

 

Baş katib daha 13 ölkəni də təbrik edib və ATƏT-in bu ölkələrin tarixinin bir hissəsi olmasından fəxr etdiyini bildirib.

 

Xatırladaq ki, Azərbaycan 1992-ci il yanvarın 30-da ATƏM-ə üzv qəbul olunub. 1995-ci il yanvarın 1-dən təşkilatın adı ATƏT adlandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı