Modern.az

Zakir Həsənov Anıtqəbri ziyarət edib - FOTO

Zakir Həsənov Anıtqəbri ziyarət edib - FOTO

Aktual

1 Fevral 2022, 15:24

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbiri ziyarət edib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

 

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.

 

Səfər fevralın 2-dək davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı