Modern.az

Ərəblərin "yaraladığı" qız özünə xəsarət yetiribmiş - YENİLƏNİB

Ərəblərin

Aktual

2 Fevral 2022, 11:25

Daxili İşlər Nazirliyi (DİN) Bakıda turistlərin evinə qonaq gedən qadının döyülməsi ilə bağlı məlumata münasibət bildirib.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, qadının döyülüb xəsarət yetiriməsi ilə bağlı iddialar əsasızdır.

 

Qeyd edilib ki, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var.

 

Rəsmi məlumata görə, iddiaların təfərrüatları Səbail Rayon Polis İdarəsinin 39-cü Polis bölməsində araşdırılır.

***

08:57

 

Bakıda gənc qız əcnəbilərin hucumuna məruz qalıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsində evlərin birində 1998-ci il təvəllüdlü Əliyeva Leyla Nizami qızı ərəblərin (2 nəfər) hücumuna məruz qalıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub.

 

L.Əliyeva bildirib ki, hadisə ərəblərin yaşadığı evə qonaq gedərkən baş verib. Tərəflər arasında yaranan mübahisə zamanı ərəblər L.Əliyevaya şüşə qırıntıları ilə xəsarət yetiriblər.

 

Hadisənin təfərrüatı araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı