Modern.az

Toylarda monitorinqlər - Cərimələnən var

Toylarda monitorinqlər - Cərimələnən var

Aktual

2 Fevral 2022, 09:22

Fevralın 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 74 toy şənliyinin monitorinqini həyata keçirib.  
Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.


Modern.az xəbər verir ki, monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:


- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  


- 24 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı