Modern.az

Deputat hesabat verdi

Deputat hesabat verdi

Aktual

2 Fevral 2022, 09:55

Milli Məclisin deputatı Novruz Aslanov iki il ərzində deputatlıq fəaliyyəti barədə hesabat verib.

 

Deputatın qərargahından Modern.az-a bildirilib ki, Novruz Aslanov 86 saylı İsmayıllı seçki dairəsindən Milli Məclisə seçilmiş deputat olaraq, 2020-2022-ci illər ərzində ünvanına 225 rəsmi müraciət və məktub, bunlardan 201 müraciət vətəndaşlardan daxil olub. Cəmi 213 rəsmi məktub göndərilib.

 

Daxil olmuş ərizələrə əsasən 136 deputat sorğusu və məktubu əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ünvanlanmış və bunlara əsasən 56 cavab məktubu daxil olmuşdur. Bu məktublarda ərizəçilərin qaldırdığı məsələlərə münasibət bildirilmiş və həlli zaman tələb edən məsələlər icraata götürülmüşdür. Ərizələrlə yanaşı millət vəkilinin ünvanına onlarla təşəkkür məktubu da daxil olub.

 

1020 ailəyə ərzaq, qeyri-ərzaq yardımı, evi yanmış 2 ailəyə müvafiq yardımlar, 68 nəfər ərizəçiyə maddi yardım edilmiş. Onlardan təhsil haqqı, müalicə və digər şəxsi məişət problemlərini göstərmək olar. 25 nəfər rayon sakini Bakı şəhərinə təmənnasız tibbi müayinəyə göndərilib.

 

KİV ilə sıx əməkdaşlıq edilmiş, qəzetlərdə, internet xəbər agentliklərində və televiziyalarda müsahibə və çıxışları olub.

 

Təbii qaz, elektrik enerjisi, yol, içməli su və digər sosial məsələlərə dair müraciətlər də icraata götürülüb. Novruz Aslanov 2020-2022-ci illər ərzində İsmayıllı rayonuna 98 səfər edib, İsmayıllı şəhəri ilə yanaşı dağlıq ərazilərdə yerləşən kəndlərdə də səyyar qəbullar keçirib. Qəbullar bir kənddə keçirilməsinə baxmayaraq yaxınlıqda yerləçən ətraf kənd sakinlərinin də iştirakı təmin olunub və seçicilərlə keçirilən görüşlər və qəbullar ümumilikdə 50-ə yaxın kəndi əhatə edib. Qəbulların bir hissəsi rayon rəhbərliyi ilə birgə təşkil olunub. Bütün görüş və qəbullar pandemiya qaydalarına uyğun təşkil edilib. Videoformatda və telefon əlaqəsi vasitəsi ilə də qəbullar keçirilib.

 

Bildiririk ki, rəsmi ərizələr ilə yanaşı deputata yüzlərlə şifahi müraciətlər də olub. Hesabat ilində İsmayıllı rayonunda keçirilən kütləvi tədbirlərdə deputat mütəmadi olaraq iştirak edib. 

 

Ənənəvi olaraq Novruz Aslanovun hər il “İllik Hesabat” jurnalları çap edilir. Bu il də 2 illik deputatlıq fəaliyyəti barədə “HESABAT 2020-2022” jurnalı çap edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı