Modern.az

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Azərbaycan nefti yenidən UCUZLAŞDI

Aktual

3 Fevral 2022, 09:46

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ dolları, yaxud 1,15 % azalaraq 93,65 ABŞ dollarına düşüb.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı