Modern.az

Rusiyada yoluxma 155 mini ötdü

Rusiyada yoluxma 155 mini ötdü

Aktual

3 Fevral 2022, 13:26

Rusiyada son sutka ərzində 155 768 nəfər koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu, pandemiya dövründə qonşu ölkədə qeydə alınmış ən yüksək göstəricidir.

 

Belə ki, əvvəlki gün 141 883 nəfərin virusa yoluxması müəyyən edilmişdi. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 12,28 milyonu ötüb. Eyni zamanda, son sutkada 667 nəfər həyatını itirib.

 

Qeyd edək ki, Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 333 357 nəfərə yüksəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı