Modern.az

Bakı-Ağstafa qatar reyslərinin sayı artırılır

Bakı-Ağstafa qatar reyslərinin sayı artırılır

Aktual

15 Mart 2023, 12:45

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə sayca 2-ci reys təyin edir.

 

Modern.az xəbər verir ki, müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 08.25-də yola düşən qatar mənzilbaşına saat 13.20-də çatacaq. Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.

 

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC mart ayının 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı