Modern.az

Həcc ziyarətinin qiyməti və vaxtı AÇIQLANDI 

Həcc ziyarətinin qiyməti və vaxtı AÇIQLANDI 

Aktual

15 Mart 2023, 20:04

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib.

 

Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

 

Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir: "Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək".

 

Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir:

 

1.Xarici pasport;

 

2.Şəxsiyyət vəsiqəsinin surəti;

 

3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;

 

4.Sağlamlıq haqqında arayış.

 

Sənəd qəbulu martın 17-dən başlanmaqla QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı