Modern.az

Müdafiə Nazirliyi sürücü axtarır - ELAN

Müdafiə Nazirliyi sürücü axtarır - ELAN

Aktual

16 Mart 2023, 11:26

Azərbaycan Ordusunda sürücü ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul prosesi davam edir.

 

Müdafiə Nazirliyinindən Modern.az-a verilən məlumata görə, kursa daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2023-cü il mart ayının 18-dək Pirəkəşkül qəsəbəsi, Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

 

Qəbul qaydaları barədə bu linkə (//mod.gov.az/az/news/mudafie-nazirliyi-surucu-ixtisasi-uzre-kursa-qebul-elan-edir-46948.html) keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı