Modern.az

Balıq ovlayan şəxslər saxlanıldı

Balıq ovlayan şəxslər saxlanıldı

Aktual

16 Mart 2023, 14:40

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən Varvara Ovçuluq Təsərrüfatının ərazisində nəzarət tədbirləri keçirilib.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Modern.az-a bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı ərazidə qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

 

“Araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Ceyhun Mirabov olduğu müəyyən edilib və barəsində qanunamüvafiq tədbir görülüb”, - o deyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı