Modern.az

Mirziyoyevdən zəlzələ ilə bağlı TƏKLİF

Mirziyoyevdən zəlzələ ilə bağlı TƏKLİF

Aktual

16 Mart 2023, 16:00

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hər il fevralın 6-nı zəlzələ nəticəsində həlak olanların xatirəsini anma və birlik günü kimi qeyd etməyi təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, Mirziyoyev bu təklifi Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə səsləndirib.

 

"Dəhşətli faciədə həlak olan on minlərlə günahsız insanın xatirəsini heç vaxt unutmayacağıq", - Mirziyoyev deyib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı