Modern.az

Dövlət sərhədini pozan 247 nəfər SAXLANILIB

Dövlət sərhədini pozan 247 nəfər SAXLANILIB

Aktual

17 Mart 2023, 11:00

2022-ci ildə Dövlət Sərhəd Xidməti terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxsi saxlayıb və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti orqanlara təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

 

Hesabatda qeyd olunub ki, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində dövlət sərhədini pozmağa cəhd edən 247 nəfər qeyri-leqal miqrant saxlanılıb, onlara bələdçilik edən 3 nəfər məsuliyyətə cəlb edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 nəfər insan alveri qurbanı müəyyənləşdirilərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanına təhvil verilib.

 

Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 2022-ci il ərzində 426 halda 559 nəfər sərhəd pozucusu saxlanılıb. Saxlanılan sərhəd pozucularının 15,7%-i (88 nəfəri) qadın olub. Sərhədboyu rejim qaydalarını pozduğu üçün 8,4 min halda 9,8 min nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

 

Qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində təqribi məbləği 39720,3 min manat dəyərində qiymətləndirilib, qaçaqmalçılıq predmeti olan zinət əşyaları, qiymətli kağızlar, pul, dövriyyəsi qadağan edilmiş digər predmetlər və həmçinin narkotik vasitələr saxlanılaraq dövriyyədən çıxarılıb.

 

Qabaqlayıcı məlumatlar əsasında silah-sursat götürülərək (3 avtomat, 4 tapança, 1 pinevmatik tapança, 1 tir tüfəngi, 1 ov tüfəngi, 2 gecəgörmə cihazı, 4 ədəd daraq, 133 patron ) aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təhvil verilib.

 

Bununla yanaşı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində 99 ədəd müxtəlif silah - sursat, 1478 kq qara və 1792 kq əlvan metal, 670,25 kq nərə cinsli balıq, 438,6 litr spirt mahsulu və 175 litr benzin aşkar olunaraq ərazi sularından götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı