Modern.az

Həkim və müəllimlər üçün yaş həddi 70 ola bilər

Həkim və müəllimlər üçün yaş həddi 70 ola bilər

Aktual

17 Mart 2023, 12:28

Azərbaycanda həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün tətbiq olunan yaş həddinin artırılması təklif edilir. 

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. 

 

“Həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını təklif edirik. Eyni zamanda, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq, həkim və müəllimlərin təqaüd yaş həddi istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı. Nazirlər Kabinetindən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”, - deyə komitə sədri vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı