Modern.az

Delimitasiya və kommunikasiyaların açılmasında maraqlıyıq - Lavrov

Delimitasiya və kommunikasiyaların açılmasında maraqlıyıq - Lavrov

Aktual

20 Mart 2023, 14:33

"Biz Ermənistanla dostluq münasibətlərini yüksək qiymətləndiririk, iqtisadi və humanitar əlaqələri inkişaf etdirməyə hazırıq".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı deyib.

 

"İki ölkə liderləri arasında Aİİ, KTMT və MDB vasitəsilə intensiv siyasi dialoq inkişaf edib. Ali Avrasiya İqtisadi Şurasının may iclası üçün sənədlər üzərində işləyəcəyik. Rusiya Ermənistanın aparıcı tərəfdaşı və sərmayədarıdır, ticarəti keçən il təxminən iki dəfə artaraq 5 milyard dollara çatıb və İrəvana rekord ÜDM artımına kömək edib. Həmçinin, Moskva vahid təhsil, elm, linqvistik məkanın, humanitar əlaqələrin möhkəmləndirilməsi üzərində işləməyə hazırdır. Qarabağla bağlı üçtərəfli bəyanatlar vəziyyəti sabitləşdirmək üçün həll yollarının həyata keçirilməsi üçün əsas olaraq qalır. Rusiya tərəfi regional kommunikasiyaların açılmasında, delimitasiyada və İrəvanla Bakı arasında sülh müqaviləsinin razılaşdırılmasında kömək etməyə hazırdır", - deyə Lavrov bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı