Modern.az

Dünya azərbaycanlıları İrana qarşı etiraza qalxdı - VİDEO

Dünya azərbaycanlıları İrana qarşı etiraza qalxdı - VİDEO

Aktual

25 Mart 2023, 17:54

Brüsseldə Avropa Parlamentinin binası qarşısında keçirilən “Azadlıq və ədalət marşı” mitinqi başa çatıb.

 

Modern.az xəbər verir ki, izdihamlı mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak ediblər.

 

Fransa, Almaniya, Böyük Britaniya, Skandinaviya ölkələri, Benelüks və digər dövlətlərdən gələn mitinq iştirakçılarının başlıca devizi “Azadlıq! Ədalət! Milli hökumət” olub.

 

Mitinq iştirakçıları İran rejimindən bu ölkənin çoxmilyonlu türk əhalisinin hüquqlarına hörmətlə yanaşmağı, İran KİV-lərində Azərbaycana qarşı informasiya hücumlarını dayandırmağı, həmçinin molla rejiminin zindanlarında əzab çəkən minlərlə azərbaycanlı türkün azad olunmasını tələb ediblər.

 

Sonda bəyanat və tələblər səsləndirilib.

***

Avropada yaşayan azərbaycanlılar Brüsseldə İran rejiminə qarşı etiraz aksiyası keçirib.

 

Modern.az xəbər verir ki, aksiya Avropa Parlamentinin binası qarşısında təşkil olunub.

 

Etirazçıların əsas şüarı "Azadlıq, ədalət və milli hökumət" olub.

 

Təşkilatçılar bildiriblər ki, aksiyada əsas məqsəd İran dövlətinin repressiv, anti-Azərbaycan, anti-türk siyasətinə etiraz etməkdir. 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı