Modern.az

Çində güclü yağışlar - Ölən və itkin düşənlər var 

Çində güclü yağışlar - Ölən və itkin düşənlər var 

Dünya

Bu gün, 14:50

Çinin cənub-qərbində güclü yağışların yağması nəticəsində bir nəfər həlak olub, 17 nəfər isə itkin düşüb.

Modern.az bu barədə "Xinhua" agentliyinə istinadən xəbər verir.

Yağışların Çuntsin bələdiyyəsinin Yunçuan rayonunda daha çox təsirli olduğu vurğulanır.

Hazırda ərazidə axtarış-xilasetmə və fəsadların aradan qaldırılması istiqamətində aktiv işlərin aparıldığı bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı