Modern.az

Ankara qarışdı: Polis CXP binasına daxil oldu

Ankara qarışdı: Polis CXP binasına daxil oldu

Dünya

Bu gün, 15:59

Türkiyədə polis Cümhuriyyət Xalq Partiyasının (CXP) Baş Qərargah binasına müdaxilə edib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Regional Apellyasiya Məhkəməsinin CXP qurultayı ilə bağlı qərarından sonra polis binanın boşaldılması üçün saat 14:20-də qərargaha daxil olub.

Məlumata görə, binada olan partiya üzvlərinə qarşı bibər qazından və plastik güllələrdən istifadə edilib. Hadisə zamanı gərginlik yaşanıb.

CXP sədri Özgür Özel müdaxilə zamanı açıqlama verərək bildirib:

“Biz ata ocağındayıq, Cümhuriyyət Xalq Partiyasının Baş Qərargahındayıq. Bura Atatürkün əmanəti olan məkandır. Biz hücum altındayıq. Günahımız 47 ildən sonra partiyanı birinci partiya etməkdir.”

Xəbərdə qeyd olunur ki, seçilmiş rəhbərliyə qarşı açılan məhkəmə işi çərçivəsində məhkəmə tərəfindən CXP-nin sədri elan edilən Kemal Kılıçdaroğlu binanın boşaldılması üçün polisə iki ayrı müraciət edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı