Modern.az

21 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

21 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

Hadisə

Bu gün, 20:25

Kürdəmir rayonunda qətl hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

21 yaşlı Bəşirova Lamiyə qətlə yetirilib.

Onun hadisəni törətməkdə şübhəli bilinən əri, Bəşirov Natiq Araz oğlu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, cütlük 2024-cü ildə ailə qurub və onların yaş yarımlıq övladları var.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

(Qafqazinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı