Modern.az

Sabah Bakıda I Milli İnternet-Forumu başlayacaq

Sabah Bakıda I Milli İnternet-Forumu başlayacaq

Ölkə

2 Dekabr 2009, 14:44

Dekabrın 3-də Bakıda I Milli İnternet-Forumu-2009-a start veriləcək. Modern.az xəbər verir ki, tədbirin təşkilatçısı Yumroo milli axtarış portaldır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə internet-forumun keçirilməsinə rəsmi dəstək verəcək. Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi, “AzeriCard” şirkəti, “HP” şirkətinin Azərbaycandakı nümayəndəliyi və “Irəli” İctimai Birliyi tərəfindən də dəstəklənir.

İki gün davam edəcək forum Azərbaycanda internet sektorunun inkişafının perspektivləri, internet TV və internet radio, mobil internet, internetdə sosial xidmətlər, Azərbaycanda texnoparkın yaradılmasının məqsədəuyğunluğu, axtarış texnologiyaları üzrə lokal qərarlar, internet biznesi, elektron kommersiya və s. məsələlərin müzakirəsinə həsr ediləcək.

Tədbirin ikinci günü “Ən yaxşı internet layihə” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. Bu müsabiqə bir ay davam etdirilib.

Qeyd edək ki, HP, Microsoft, Oracle, Nokia şirkətləri, eləcə də yerli İKT bazarının Ultra, Azerfon, Connect, Delta kimi liderləri I Milli İnternet-Forumunda iştiraklarını təsdiq ediblər.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı