Modern.az

Türkiyədə sabiq prezident həbs oluna bilər

Türkiyədə sabiq prezident həbs oluna bilər

Ölkə

13 Sentyabr 2010, 23:53

Türkiyədə referendumdan cəmi bir gün sonra  1980-ci il hərbi çevrilişini həyata keçirmiş  sabiq generalların həbs olunması məsələsi gündəmə gəlib. Modern.az “Zamana”a istinadən xəbər verir ki, Türkiyənin 78 ictimai və hüqüq müdafiə təşkilatı Baş prokurora müraciət ünvanlayaraq keçmiş prezident, 1980-ci il hərbi çevrilişinin təşkilatçısı Kənan Evrənin cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.  1980-ci il 12 sentyabr hərbi çevrilişinin təşkilatçıları barədə vəsatət Ankara Cümhuriyyət Prokorurloğuna təqdim olunub. 

Hüquq müdafiə təşkilatları Evrəni Türkiyənin dövlət idarəçiliyini və  demokratiyanın əsaslarını dağıtmaqda ittiham  edirlər. “Bu adam Türkiyəni bir neçə illər geri atdı və o qanun qarşısında öz əməllərinə görə cavab verməlidir”,-deyə hüquq müdafiəçilərinin müraciətində bildirilir.

93 yaşlı Kənan Evrən isə bir qədər əvvəl KİV-ə verdiyi açıqlamada həbs olunacağı təqdirdə intihar edəcəyini bəyan edib.

 Vəsatətlərdə 12 sentyabr hərbi çevrilişinin təşkilatçılarına qarşı  Ana Yasanı dəyişmək, hökuməti yıxmaq, sistemli planlayaraq və həyata keçirərək adamöldürmə, qəsdən yaralamaq, işgəncə vermək, əziyyət vermək,  sərvətdən məhrumetmə və cinsi təcavüzdə bulunmaq kimi ittihamlar irəli sürülüb. 

Müraciətlərdə hərbi çevrilişi həyata keçirmiş generallarla yanaşı, çevriliş zamanı vəzifədə olmuş, və daha sonra vəzifələr almış silahlı qüvvələrin komandanları, Nazirlər Kabinetinin üzvləri, valilər, əmniyyət müdirləri kimi şəxslər də göstərilib.

Bursa məhkəməsinə müraciət edən Cənc Sivilər təşkilatı 12 sentyabr hərbi çevrilişini gerçəkləşdirmiş silahlı qüvvələrin o vaxtkı Baş Qərargah rəisi Kənan Evrən və silahlı qüvvələrin komandanları barədə çevriliş etmək, ana yasanı dəyişimək, hökuməti yıxımaq, sistemili şəkildə adamöldürmək, qəsdən adam yaralamaq, işgəncə vermək və cinci təcavüzdə bulunmaq kimi ittihamlar irəli sürüb. Müraciətdə Kənan Evrənlə yanaşı o zamankı generallar Nurətditin Ersin, Tahsin Şahinkaya, Necat Tümər, Sədat Cəlasun, Bedrətdin Demirəl, Ali Heydər Saltıkunın  adları var. Cənc Sivildər təşkilatı yeni referendumdan sonra Ana Yasanın 15-ci maddəsinin öz qüvvəsini itirdiyini deyirlər.

 Müraciətdə qeyd olunur ki,  12 sentyabr hərbi çevrilişi nəticəsində  1 milyon 683 min insan ziyan çəkib,  210 min məhkəmə açılıb,  230 min insan həbsə atılb.  7 min insan üçün edam istənilib. 517 şəxsə edam cəzası verilib, onlardan 50-i asılıb. 30 min insan işdən atılıb, 388 min insana pasport verilməyib.  Qəzetçilərə də həbs cəzası verilib. 300 gün qəzetlər dərc olunmayıb. 39 ton qəzet və digər dərgi nümunəsi məhv edilib. Həbsdə 299 məhbus həyatını itirib.

Müraciətlərini Bursa məhkəməsinə təqdim edən Cənc Sivillər təşkilatının üzvləri hərbi çevrilişi həyata keçirmiş generalların dərhal həbs olunmasını tələb edirlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı