Modern.az

“Dövlət sosial sığorta şəhadətnaməsini almısınınızmı?”

“Dövlət sosial sığorta şəhadətnaməsini almısınınızmı?”

Ülke

16 Sentyabr 2010, 12:18

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Bu dəfəki sorğu zamanı respondentlərə “Dövlət sosial sığorta şəhadətnaməsini almısınınızmı” sualı ünvanlanıb. Fonddan Modern.az-a verilən məlumata görə, sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 75.3 faizi  sosial sığorta şəhadətnaməsi aldığını bildirib.
Sorğuya qatılanların 19,5 faizi isə sosial sığorta şəhadətnaməsini almadığını, 5,2 faizi şəhadətnamə almaq üçün müraciət etmədiyini nəzərə çatdırıb.

Azərbaycanda əmək pensiyaları ödənilmiş məcburi sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə, DSMF hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd - sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir.
 
Hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Eyni zamanda, aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən sosial ödənişlərin miqdarı sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır                    

Dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan mühüm vəzifələrdən biridir. Proqrama uyğun olaraq perspektivdə sığortaolunanlara dair müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, bu məlumatların sığortaolunanlara çatdırılması nəzərdə tutulur.  Xatırladaq ki, cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 92 286 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə 01.07.2010-cu il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 732 215 nəfərə catıb.    

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı