Modern.az

Ədliyyə generalı Xankəndi seçki dairəsindən namizəd olacaq

Ədliyyə generalı Xankəndi seçki dairəsindən namizəd olacaq

Ölkə

17 Sentyabr 2010, 13:52

 

DSK sədri Allahverdi Doluxanov


122 saylı Xankəndi seşki dairəsinə bu günə qədər qeydiyyatdan keçmək üçün 7 nəfər müraciət edib. Bu barədə Modern.az-a 122 saylı Xankəndi Dairə Seçki Dairəsinin sədri Allahverdi Doluxanov bildirib. Onun sözlərinə görə, yalnız bir nəfərin sənədlərində çatışmamazlıq olub və sənədləri geri qaytarılıb. Xankəndindən deputat olmaq istəyənlər arasında daha bir general var. DSK sədri bu məlumatı təsdiq etsə də, namizədliyini vermək istəyən generalın adını hələ açıqlamaq istəməyib:

“Sənədləri təsdiqlənəndən sonra adını açıqlayarıq”. 

Rəsmi statistikaya görə, hazırda  Xankəndi Seçki Dairəsinin 4 min 539 nəfər seçicisi var.

Qeyd edək ki, 122 saylı Xankəndi Dairə Seçki Dairəsini hazırda Milli Məclisdə deputat Həvva Məmmədova təmsil edir. DSK sədri Modern.az-a bildirib ki, Həvva Məmmədova yenidən namizəd olmaq üçün hələ sənədlərini təqdim etməyib.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı