Modern.az

Bəylə gəlin toy günü qəzada həlak oldular

Bəylə gəlin toy günü qəzada həlak oldular

Ölkə

25 Sentyabr 2010, 16:19

Rusiyanın Oryol şəhərində dəhşətli qəza baş verib. Oryol-Znamenliy avtomobil yolunda toy korteji qəzaya uğrayıb. Modern.az rus mətbuatına istinadla xəbər verir ki, bəy və gəlinin oturduğu maşının sürücüsü  yüksək sürətlə hərəkət edərək qarşıdakı buldozeri ötmək istəyib.

Bununla toy vaya dönüb. Nəticədə 31 yaşı bəy və 26 yaşlı gəlin, onların yanında oturan 14 yaşlı sağdış qız və 22 yaşlı soldış oğlan həlak olub. Zərbə o qədər qüvvətli olub ki, buldozer belə aşıb.

Qəzanı törətmiş avtomobili sürən 36 yaşlı sürücü olub. İlk əvvəl kortejdə gedən qonaqlar nə baş verdiyini ayırd edə bilməyiblər. Çünki buldozerə çırpılan “xoşbəxt maşın” bir neçə dəfə yuvarlanaraq kənara düşüb. Yalnız bir neçə dəqiqədən sonra nə baş verdiyi aydınlaışb. İstintaq müəyyən edib ki, toy kortejində bəylə gəlini aparan sürücünün sürücülük vəsiqəsi olmayıb. Yoxlamadan sonra bəlli olub ki, sürücü “QAİ”-də idarəetmə ilə bağlı imtahndan bir neçə dəfə kəsilib və ona maşın idarə etmək ixtiyarı olmayıb. Hazırda faciənin detalları araşdırılır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı