Modern.az

Tural Abbaslı azadlığa buraxıldı

Tural Abbaslı azadlığa buraxıldı

Təhsil

22 Avqust 2013, 12:42

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı azadlığa buraxılıb. Modern.az-ın məlumatına görə bunu Müsavat partiyasının üzvü Cavid Hacıbəyli deyib “Tural Abbaslı saat 14-də çıxmalı idi, amma vaxtından əvvəl buraxıblar ki, qarşılanma olmasın”, - deyə o bildirib.

 

Xatrırladaq ki,avqustun 7-də Nəsimi Rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya 15 sutka həbs cəzası verib. Bu qərar T. Abbaslının məhkəmə qərarını icra etmədiyinə görə çıxarılıb. Təşkilat sədri bu il yanvarın 12-də Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyada iştirakına görə 600 manat cərimələnib. Cəriməni ödəmədiyi üçün mayın 3-də məhkəmə onun 220 saat islah işləri ilə məşğul olmasına qərar verib. Amma Tural Abbaslı bu qərarı da icra etməyib. 

 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?