Modern.az

Türkiyə universitetləri Bakıda təhsil sərgisi təşkil edəcək

Türkiyə universitetləri Bakıda təhsil sərgisi təşkil edəcək

16 Avqust 2013, 11:37

Türkiyənin özəl və dövlət universitetləri Bakıda sənəd qəbulu və tanıtım günləri həyata keçirəcək. Modern.az xəbər verir ki, 17-18 avqust tarixlərində (Saat: 15:00 – 19:00) Hilton Bakı Hotelində təşkil ediləcək sərgidə valideynlər və abituriyentlər Türkiyənin ali təhsil ocaqlarının nümayəndələri ilə birbaşa görüşüb, onları maraqlandıran sualları verə biləcəklər.

Bundan əlavə universitetlərə birbaşa sənəd qəbulu da həyata keçirmək mümkün olacaq. TQDK  imtahanlarından yüksək bal toplayanlara təqaüd və endirim imkanları, bundan əlavə, Türkiyədə qiyabi təhsil imkanları və digər məsələlər haqda məlumat veriləcək.

Sərgi Akademi Group (Study Abroad) tərəfindən təşkil olunub. Sərgidə  Bahçeşehir Üniversiteti, Bezmialem Vakıf Üniversiteti, Fatih Sultan Mehmet Üniversiteti, İstanbul Aydın Üniversiteti, İstanbul Kültür Üniversiteti, Şehir Üniversiteti, Sabancı Üniversiteti, İzmir Üniversiteti, Yaşar Üniversiteti, Atatürk Unviersitetinin qiyabi təhsili təmsil olunacaq. Bundan əlavə, bir sıra dövlət universitetlərinə də Akademi Group tərəfindən konsultasiya və sənəd qəbulu aparılacaq.

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi