Modern.az

Türkiyənin Batman vilayəti Betmenə oxşamaq istəyir

Türkiyənin Batman vilayəti Betmenə oxşamaq istəyir

30 İyul 2018, 17:28

Türkiyənin Batman ili ilə əlaqədar çox maraqlı kampaniya başladılıb.

 

Modern.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, kampaniya iştirakçıları bölgənin sərhədlərinin eyniadlı cizgi qəhrəmanının işarəsi kimi yəni yarasa formasında olmağını istəyirlər.

 

Change.org saytında başladılan kampaniyaya artıq 10 mindən çox insan imza atıb.

Kampaniyanı başladan Kemal Atakan Kırca toplanan imzaların Batman valiliyinə göndəriləcəyini bildirib.

 

Qeyd edək ki, 2008-ci ildə Batman Bələdiyyə Başçısı Hüseyin Kalkan “dünyada bir Batman var. ABŞ-ın film çəkənləri ilimizin adını bizdən xəbərsiz öz filmlərində əks etdiriblər” – ifadəsini işlədib. Və bundan sonra Kalkan həmin şirkətləri məhkəməyə verməyə çalışıb.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir