Bir müddət efirlərdə görünməyən televiziya aparıcısı Yelena Sidorenko yenidən efirə qayıdır. Modern.az xəbər verir ki, “Xəzər” televiziyasında yayımlanan yeni verilişi Yelena Sidorenko aparır.
Ötən gündən efirə gedən “25-ci saat” verilişinə Yelena Sidorenko aparıcılıq edir.. Veriliş ölkədə və dünyada baş vermiş günün ən mühüm xəbərlərinə yekun vurur. Həftənin 6 günü hər gün yayımlanan “25-ci saat” 00:30-da efirə olur.
Bakı şəhərində doğulan Yelena Sidorenko Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2002-ci ildə bu ali məktəbi magistr pilləsində bitirib. 2004-2008-ci illərdə ANS TV-də aparıcı olub. Buradan getdikdən sonra 2010-cu ilin mayına qədər “AF Holdinq”də kommersiya üzrə vitse-prezident vəzifəsində çalışıb.
Gültəkin ƏLƏSGƏR