Modern.az

Şərqi Zəngəzur aerokosmik şəkillərlə təhlil ediləcək

Şərqi Zəngəzur aerokosmik şəkillərlə təhlil ediləcək

7 May 2022, 19:13

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlili təmin ediləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə qeyd olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2021-2023-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlilini təmin etməlidir.

 

Nazirliyə 2021-2024-cü illərdə Füzuli, Cəbrayıl və Ağdam rayonları ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin öyrənilməsi tapşırılıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI