"Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır".
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X.Xələfov bu ərazilərin Azərbaycana məxsus olduğunu bir daha diqqətə çatdırıb: "Bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə, bu çərçivədə baxılacaq. Hesab edirik ki, məsələlər müzakirə olunduqdan sonra öz həllini tapacaq".
Qeyd edək ki, Qazax rayonun işğal altında qalan kəndləri bunlardır:
Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992